Texas ştatının Sanniveyl şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü NBC telekanalı məlumat yayıb.
Məlumata görə, içəri girdiyi iddia edilən iki nəfərdən biri 5 nəfərlik ailənin olduğu avtomobilə atəş açıb. Qadın yerindəcə keçinib, kişi və 3 uşaq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.