Ucnoqta.az
www.ucnoqta.az

Texasda atışma nəticəsində 1 nəfər həlak olub

07:30 - 5 İyun 2023 tarixində dərc olunub.

Texas ştatının Sanniveyl şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü NBC telekanalı məlumat yayıb.

Məlumata görə, içəri girdiyi iddia edilən iki nəfərdən biri 5 nəfərlik ailənin olduğu avtomobilə atəş açıb. Qadın yerindəcə keçinib, kişi və 3 uşaq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası