Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib

17:04 - 4 İyun 2023 - İDMAN

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.

Ucnoqta.az xəbər verir ki, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.

Xəbər xətti