"Qarabağ" klubu yay transfer dönəmində ilk transferini açıqlayıb.
Ucnoqta.az "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"dən ayrılmış Hamidu Keyta ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Seneqal əsilli Hamidu Keyta əvvəllər Fransa, Rumıniya və Portuqaliyanın müxtəlif klublarında çıxış edib. O, 2022-ci ilin yanvarında Portuqaliya "Santa Klara"sından "Zirə"yə keçib. 28 yaşlı sağ cinah futbolçusu cari mövsümdə meydana çıxdığı 36 oyunda 8 qol vurub və 12 məhsuldar ötürmə edib.