İsveçrə parlamenti Ukraynaya silah ötürülməsinə icazə verməyib

11:24 - 2 İyun 2023 - DÜNYA

İsveçrə üçüncü ölkələr vasitəsilə Ukraynaya silah ötürülməsinə icazə verməyib

Ucnoqta.az xəbər verir ki, 98 deputat silahların təkrar ixracının rədd edilməsinə səs verib. Parlamentarilər belə bir qərarın uzunmüddətli neytrallığı pozacağını hesab ediblər.

“Hərbi texnika haqqında” qanuna əsasən, İsveçrə hökuməti silahlı münaqişələrdə iştirak edən ölkələrə silah verilməsinə icazə vermir. Ölkə daha əvvəl Almaniya, İspaniya və Danimarkadan İsveçrə silahlarının ötürülməsi ilə bağlı müraciətləri rədd etmişdi.

Xəbər xətti