Premyer Liqanın "Brentford" klubu Lidiya Bedfordu gənclər komandasına baş məşqçi təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Brentford”un mətbuat xidməti məlumat yayıb.
Bedford Premyer Liqa klub sistemində baş məşqçi vəzifəsini tutan ilk qadın olub. Ona Con-Pol Pittman kömək edəcək.
"Brentford" ötən mövsüm 2022/23 mövsümündə 59 xal toplayıb və Premyer Liqa turnir cədvəlini 9-cu pillədə başa vurub.
Bundan əvvəl 35 yaşlı Bedford London Arsenalının qadınlardan ibarət komandasının qərargahında köməkçi məşqçi vəzifəsində çalışıb. O, məşqçilik karyerasına 2008-ci ildə başlayıb və 2019-cu ildə UEFA Pro lisenziyasını alıb. O, 2022-ci ilin payızına qədər "Leicester City" qadın komandasında uğurla çalışıb.