Brüs Uillisin qızı atasının səhhətindən danışıb

07:43 - 2 İyun 2023 - MAQAZİN

Brüs Uillisin qızı frontotemporal demensiya ilə mübarizə aparan atasının səhhətindən danışıb

Ucnoqta.az xəbər verir ki, Brüs Uillisin qızı Tallula “Vogue” jurnalına müsahibəsində frontotemporal demensiya diaqnozu qoyulan atasının səhhətindən danışıb.

“O, hələ də mənim kim olduğumu bilir və otağa girəndə həyəcanlanır. Nadir pis günləri nəzərə almasaq, demək olar ki, həmişə məni tanıyır” - o, deyib.

Onun sözlərinə görə, aktyor hazırda evinin birinci mərtəbəsində yaşayır. Birləşmiş mətbəx, yemək otağı və qonaq otağı, həmçinin onun ofisi var. Tallulah, xəstəliyin Uillisin hərəkətliliyinə təsir etmədiyini bildirib.

Bundan əvvəl Uillisin keçmiş həyat yoldaşı Demi Mur aktyorun səhhətində yaranan problemlərə görə karyerasını bitirəcəyini açıqlamışdı. 

2022-ci ilin martında başqa mənbələrdə aktyorun demensiyadan əziyyət çəkdiyi barədə məlumat yayılıb.

Xəbər xətti