Qaradağda evdən oğurluq edilib.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.