Xəbər verdiyimiz kimi, ötən gün “Qarabağ” medallarına qovuşub.
Ucnoqta.az-ın“Qafqazinfo”ya istinadən məlumatına görə, Ağdam klubunun futbolçularının bir çoxu medallarını almaq üçün səhnəyə övladları ilə çıxıb.
Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Marko Yankoviç, Kevin Medina, Bədavi Hüseynov, Abdulla Zubir, Maksim Medvedevin medallarını da uşaqları alıb.
Komandanın baş məşqçisi Qurban Qurbanov da mükafatlandırma mərasiminə övladları ilə qatılıb.