“Şaxtyor” – “Dnepr-1” matçında kütləvi dava - VİDEO

19:25 - 28 May 2023 - İDMAN

“Şaxtyor” – “Dnepr-1” matçının sonunda hər iki komandanın futbolçuları arasında kütləvi dava düşüb.

Ucnoqta.az xəbər verir ki, komandalar arasında son dəqiqələrdə kütləvi dava baş verib. Nəticədə "Şaxtyor"un müdafiəçisi Rakitskinin qaşı partlayıb. 

Oyunun əlavə vaxtında Nazarina Peqlou yıxıb. Bundan sonra "Dnepr-1"in braziliyalı oyunçusu dava salıb. Hər iki komandanın təmsilçiləri meydana qaçıblar.

Hakim Monzul dörd futbolçunu – “Dnepr”dən Peqlou və Fedoriv, ​​həmçinin “Şaxtyor”dan Trubin və Nazarinanı meydandan qovub.

Qeyd edək ki,  "Şaxtyor" "Dnepr-1"i 3:0 hesabı ilə məğlub edərək 14-cü dəfə Ukrayna çempionu olub.

Xəbər xətti