Zəngilanda erməni diversantlar zərərsizləşdirildi - Saxlanılanlar var (YENİLƏNİB)

20:41 - 26 May 2023 - Xəbər

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.

DSX-dan verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

20:00

Dövlət sərhədinin Zəngilan istiqamətində erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınıb.  

Bu barədə Ucnoqta.az “Caliber”ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti ilə düşmən qrupu zərərsizləşdirilib.  

Məlumata görə, iki diversant saxlanılıb.

Xəbər xətti