"Qarabağ" - "Turan Tovuz" oyununa giriş pulsuz olacaq

18:37 - 26 May 2023 - İDMAN

Müstəqillik Günü münasibətilə mayın 28-də keçiriləcək mövsümün sonuncu - "Qarabağ" - "Turan Tovuz" oyununa giriş pulsuz olacaq.

Bu barədə "Qarabağ" futbol klubu məlumat yayıb.

"Matçdan dərhal sonra komandamıza çempionluq kuboku və qızıl medallar təqdim olunacaq. Gəlin, çempionluğu birlikdə qeyd edək!"

Qeyd olunub ki, qarşılaşma üçün yalnız VIP biletlər satışda olacaq.

Xəbər xətti