"Barselona"nın sabiq fransalı futbolçusu Samuel Umtiti kataloniya klubunda oynamağı həbsxanada qalmaqla müqayisə edib
Ucnoqta.az xəbər verir ki, xarici mətbuata müsahibəsində fransız müdafiəçi Kataloniyada "dörd il həbsdə yatdığını" və "Lecce"yə keçdikdən sonra "yenidən gülümsədiyini" söyləyib.
“Mənə lazım olan tək şey təqdir edildiyimi, faydalı olduğumu və hörmət edildiyimi hiss etmək idi. Kataloniyada mən dörd il həbsdə qaldım: təkcə idman baxımından deyil, həm də gündəlik həyat baxımından”, - futbolçu qeyd edib.
Umtitinin dediyinə görə, "Barselona"ya köçdükdən sonra əvvəlcə onun təqdir olunduğunu hiss etdi, buna görə də yaxşı səviyyədə oynadı.
"Sonra mən inamsızlıq hiss etməyə başladım, özümü pis hiss etdim və başa düşdüm ki, başqa heç kim mənə inanmır" - o, əlavə edib.
“Bu, mənim üçün bir sınaq idi. Mən yaxşı bilirəm ki, burada aşağı liqadan xilas olmaq çempionluğu qazanmaqla bərabərdir. "Leççe"də mən yenidən gülümsəməyə başladım və buna görə kluba minnətdaram " - fransız futbolçu vurğulayıb.