"Roma" klubunun baş məşqçisi Joze Mourinyo Parisdə "PSJ"ni idarə etmək istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə "L'Equipe"nin məlumat yayıb. Bildirilir ki, 60 yaşlı portuqaliyalı mütəxəssis bu yay PSJ-dən rəsmi təklif alacağı təqdirdə klubunu dəyişməyə hazırdır.
Mourinyo 2021-ci ilin iyulundan "Roma"ya rəhbərlik edir. Ötən mövsüm "Roma" klubu Konfrans Liqasının qalibi olub. Bu mövsüm "Roma" İspaniyanın "Sevilya"sı ilə oynayacağı Avropa Liqasının finalına yüksəlib.
Mourinyonun "Roma" ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.