AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Ramil Şeydayevi ikisi şərti olmaqla üç oyunluq cəzalandırıb.
"Report" xəbər verir ki, buna hücumçunun "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXV tur matçından sonra rəqib oyunçuya əl-qot atması səbəb olub.
"Köhlən atlar" bunun üçün 2400 manat məbləğində cərimələnib.
Bundan əlavə, Şeydayevlə mübahisə edən "Sumqayıt"ın legioneri Todor Todoroski də eyni cəza ilə üzləşib. "Gənclik şəhəri" təmsilçisi 2400 manat ziyana düşüb.