İspaniya Birinci Futbol Liqasının 36-cı həftəsində "Real Madrid" öz meydanında "Rayo Valyekano"nu qəbul edib.
Ucnoqta.az xəbər verir ki, "Valensiya" matçında yaşadığı irqçilikdən sonra Real Madrid futbolçuları meydana braziliyalının formasında çıxıblar.
Zədəsi olan Vinisiusun isə "Sevilya" matçında oynama ehtimalı hələ dəqiqləşməyib.
Xatırladaq ki, "Real Madrid" Mestalyada 1:0 geridə olarkən, braziliyalı futbolçu qapı arxasında olan azarkeşə əsəbiləşib və azarkeşin ona meymun işarəsi verdiyini hakimə bildirib. Daha sonra matçda madridli ulduz rəqibi Huqo Duronun üzünə sillə vurub və qırmızı vərəqə göstərib və oyundan kənarlaşdırılıb.
İspaniya Futbol Federasiyasından verilən açıqlamada irqçi şüarlara məruz qalan Vinisius Juniorun qırmızı vərəqəsinin ləğv edildiyi və növbəti "Rayo Valyekano" matçında oynaya biləcəyi bildirilib.
Digər tərəfdən İspaniya Futbol Federasiyası da "Valensiya" klubunu cəzalandırıb. Müvafiq olaraq, müayinədən sonra irqçi şüarlar rəsmən sübuta yetirilib və Valensiya tribunaları bağlayaraq 5 matçlıq və 45 min avro cərimə olunub.