"Sədərəkə getmək ayıb bir şey deyil" - VİDEO

20:43 - 24 May 2023 - MAQAZİN

Rəqqasə Fatimə Fətəliyeva TikTok-da canlı yayımda onu linç edən izləyiciyə cavab verib.

Ucnoqta.az olay-a istinadən xəbər verir ki, izləyicilərdən biri "Üzünü süngərlə yu" - şərhini yazıb. Bunu görən sənətçi belə cavab verib:

"Yəni demək istəyirsiniz ki, üzümü silsəm, qorxacaqlar? Səhər canlı yayıma makiyajsız və effektsiz girmişdim. Kompleksim yoxdur. Üzümdə heç bir sızanaq, qırış yoxdur. Üzüm tökülmür". 

Daha sonra başqa bir izləyicinin şərhinə cavab olaraq Fətəliyeva Sədərək Ticarət Mərkəzindən alış-veriş etməyi ayıb hesab etmədiyini deyib:

"Halal pul qazanıram. Sədərəkə getmək ayıb bir şey deyil. Tanınmışların çoxu özü ora getmir, köməkçilərini göndərirlər. Amma mən özüm gedirəm. Çünki işimin üstündə özüm dayanmasam, onu başqası mənə etməyəcək, can yandırmayacaq. Oradan gül, şam, batareya, lent, muncuq və s. alıram. O qədər olub ki, yüklə dolu çantaları özüm daşımışam. Hamı görüb "Göyçək Fatimədir" - deyib. Burada nə var ki?".

Xəbər xətti