Andrea Pirlo "Fatih Karagümrük"ün baş məşqçi postunu tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
“Bu mövsümü Andrea ilə keçirdiyimiz üçün xoşbəxt idik və ona klubumuza verdiyi töhfəyə görə təşəkkür edirik. Məşqçiyə təşəkkür edirik və ona gələcək işlərində uğurlar arzulayırıq".
İtaliyalı mütəxəssis ötən yay Türkiyə yığmasına rəhbərlik edib. O, bir mövsümlük müqaviləni yeniləməyib. Komanda 33 oyunda 44 xalla Türkiyə çempionatının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.