Meksikada neft və qaz zavodunda güclü yanğın baş verib

11:14 - 24 May 2023 - DÜNYA

Meksikanın şərqindəki Verakruz ştatının Minatitlan bölgəsindəki Pemex dövlət neft-qaz şirkətinin neft emalı zavodunda güclü yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli hüquq-mühafizə xidməti məlumat yayıb.

Məlumatda yanğının nəzarət altına alındığı da qeyd olunub.

“El Universal” qəzetinin məlumatına görə, üç nəfər yanıq xəsarətləri alıb.

Xəbər xətti