Meksikanın şərqindəki Verakruz ştatının Minatitlan bölgəsindəki Pemex dövlət neft-qaz şirkətinin neft emalı zavodunda güclü yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli hüquq-mühafizə xidməti məlumat yayıb.
Məlumatda yanğının nəzarət altına alındığı da qeyd olunub.
“El Universal” qəzetinin məlumatına görə, üç nəfər yanıq xəsarətləri alıb.