"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubundakı gələcəyi ilə bağlı açıqlama verib.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini insayder Fabrizio Romano sitat gətirib.
“Gələn mövsüm “Mançester Siti”də qalacağam. Klubdan ayrılmağı düşünmürəm. Növbəti mövsümdə Premyer Liqanın bizə gətirdiyi 100 pozuntu ilə qalacağam, narahat olmayın”, - ispan mütəxəssis bildirib.
Mayın 20-də Qvardiolanın yetirmələri vaxtından əvvəl İngiltərə Premyer Liqasının çempionu olublar. “Şəhərlilər” üçün çempionatdakı bu qələbə tarixdə 9-cu olub.