"Barselona"nın baş məşqçisi Xavi İspaniya Futbol Federasiyasının Vinisiusa verilən qırmızı vərəqəni ləğv etmək qərarını tənqid edib
Ucnoqta.az xəbər verir ki, Xavi Vinisiusun qırmızı vərəqəsinin ləğvindən narazı qalıb:
“İrqçilik və təhqir aktları cəzalandırılmalıdır, lakin aradan qaldırılmasının bununla heç bir əlaqəsi yoxdur. Vinisius tərəfindən meydançada bir hərəkət baş verdi" - deyə o, bildirib.
"Real Madrid"in "Valensiya" ilə son oyununda (0:1) Vinisius "Valensiya"nın müdafiəçisi Uqo Duronu vurduğu üçün qırmızı vərəqə alıb. Eyni zamanda, oyunçu əvvəlcə rəqib tərəfindən boynundan tutuldu, hakim bu epizodda bunu görmədi. Nəticədə "Valensiya"nın futbolçusu istənilən cəzadan yaxa qurtarıb.
Qeyd edək ki, Vinisius İspaniya çempionatında ilk dəfə deyil ki, təhqir olunur.
Futbolçu özü dəfələrlə onu təhqir edən insanların cəzalandırılmasını istəyib. O, hətta ona qarşı irqçi təhqirlərin yer aldığı video da yayımlayıb.