Son sutka ərzində Tayvan hərbçiləri adanın yaxınlığında Çin Xalq Azadlıq Ordusunun 6 təyyarəsi və 4 gəmisini qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin çərşənbə günü dərc etdiyi məlumatda deyilir.
Məlumata görə, iki təyyarə adanın cənub-qərbindəki Tayvanın Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasına daxil olub. Onların arasında sualtı qayıqlara qarşı Y-8 təyyarəsi, eləcə də elektron kəşfiyyat üçün nəzərdə tutulmuş Y-8 təyyarələri var.
Cavab olaraq təyyarələr havaya qaldırılı, həmçinin xəbərdarlıq edilib.