Ucnoqta.az
www.ucnoqta.az

Tayvan adaya yaxınlaşan 6 təyyarə və gəmi aşkarlayıb

08:08 - 24 May 2023 tarixində dərc olunub.

Son sutka ərzində Tayvan hərbçiləri adanın yaxınlığında Çin Xalq Azadlıq Ordusunun 6 təyyarəsi və 4 gəmisini qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin çərşənbə günü dərc etdiyi məlumatda deyilir.

Məlumata görə, iki təyyarə adanın cənub-qərbindəki Tayvanın Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasına daxil olub. Onların arasında sualtı qayıqlara qarşı Y-8 təyyarəsi, eləcə də elektron kəşfiyyat üçün nəzərdə tutulmuş Y-8 təyyarələri var.

Cavab olaraq təyyarələr havaya qaldırılı, həmçinin xəbərdarlıq edilib.

Müəllif: Ucnoqta.az redaksiyası