Kriştiano Ronaldo "Al-Nasr"ı tərk edib Avropaya qayıtmaq istəyir
Ucnoqta.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb. Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanında "müasir cəmiyyətin standartlarından uzaq" olan infrastrukturdan razı deyil. Müqaviləyə birtərəfli xitam veriləcəyi təqdirdə, Ronaldo An-Nasra təzminat ödəməli olacaq.
Ronaldo ötən ilin dekabrında Səudiyyə Ərəbistanı klubuna keçib. "Al-Nasr"ın heyətində 17 oyun keçirib və 13 qol vurub.
Ronaldonun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Mundo Deportivo qeyd edir ki, portuqaliyalı "Al-Nasr" üzrlü səbəb olmadan komanda ilə müqaviləni pozmaq qərarına gəlsə, ona əhəmiyyətli təzminat ödəməli olacaq.