"Barselona" nümayəndələri rusiyalı azarkeşləri təbrik edən qalmaqallı videonun ortaya çıxmasının səbəblərindən danışıblar.
Ucnoqta.az xəbər verir ki, videomüraciət La Liqanın təşkil etdiyi tədbirdə lentə alınıb. İspaniya çempionatını Rusiyada yayımlayan “Okko Sports”un əməkdaşları son iclasda Aleks Balde və Sergi Robertodan rusiyalı azarkeşlərə müraciət yazmağı xahiş ediblər. Futbolçular bu zaman "Barselona" rəhbərliyindən icazə istəməyiblər.
Xatırladaq ki, “Barselona”nın futbolçuları Aleks Balde və Sergi Roberto komandanın rusiyalı azarkeşlərini La Liqadakı qələbə münasibəti ilə təbrik ediblər. Bu video ictimai müzakirələrə səbəb olub.