Rəqsanə keçmiş kürəkənindən DANIŞDI: “Aysunu döyüb, ...” - VİDEO

10:45 - 23 May 2023 - MAQAZİN

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanmasının səbəbini açıqlayan Eşqin Cəlilova eks qayınanasından cavab gecikməyib.

Ucnoqtat.az yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında canlı yayım açan Rəqsanə İsmayılova Aysunun başına gələnlərdən danışıb:

“Nəyə lazımdır belə danışmaq? Onda Aysun da çıxsın Eşqin haqqında olanları danışsın, ortalığa qoysun? Bununla nə qazanacaq? Millət deyəcək ki, bəs əvvəllər niyə danışmırdı? Aysuna əl də qaldırılıb, söyüşlər də söyülüb, Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməzdi. Yenə də o susub, dözüb, əiləsini tutub. Aysun birinci davalarından sonra da ailəsini seçdi, dedi ki, ana, mən Eşqinə ikinci dəfə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşqini qabağıma qoydum, danışdım, başa saldım...”

Həmin görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. R.İsmayılovanın bu iddialarına qarşı tərəfdən cavab gəlməyib.

Xəbər xətti