Beynəlxalq Futbol Federasiyası (FİFA) legionerlərə Rusiya klubları ilə müqaviləni dayandırmaq icazəsini uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Telegram kanalı məlumat yayıb.
Məlumata görə, FİFA-nın bu qərarı yaxın günlərdə açıqlanacaq. Göründüyü kimi, qərar 2024-cü ilin iyun ayının sonuna qədər uzadılacaq.
O da dəqiqləşdirilir ki, çox güman ki, bu imkan bütün oyunçulara şamil edilməyəcək. Belə ki, 2022-ci ilin yayından müqavilə imzalayan futbolçuların daha onları dayandıra bilməyəcəkləri planlaşdırılır.
Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası əcnəbi futbolçu və məşqçilərə Rusiya klubları ilə müqavilələrini 2023-cü il iyunun 30-dək dayandırmağa icazə verib. Bundan əvvəl icazə 30 iyun 2022-ci ilə qədər etibarlı idi.