"Bu Aysunun qurduğu bir film idi" - Eşqin Cəlilov boşanmasından DANIŞDI

09:44 - 22 May 2023 - MAQAZİN

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov ilk dəfə boşanmasından danışıb.

Ucnoqta.az Azxəbər.com-a istinadən xəbər verir ki,O, bu barədə ARB-də yayımlanan "Maqazin plus”a ətraflı danışıb.

Eşqinin sözlərinə görə, onlar sevərək ailə qurmuşduq:

"Alınmışdı, çox gözəl alınmışdı. Sevərək ailə qurmuşduq. O, özü də bilirdi ki, mən ona necə dəyər vermişdim, amma o, dəyərləndirə bilmədi. Ailənin bir mükafat olduğunu o, anlaya bilmədi. Şəxsən bizim ikimizin heç bir problemi yox idi. Biz dil də tapırdıq, dolanırdıq da, sadəcə nəsə başa verirdi. Ayrılıq rolunda bir tək Aysunu görürəm. Biz bir dəfə də 2 aylıq müddətə ayrılmışdıq, mən onda imkan vermədim ki, "bu mənim ailəmdir”. Mən zəif kişi deyiləm ki, balaca bir problemə ailəm dağılsın. Keçən dəfə nə üçün çalışdığımı bilirdim, indi isə bilmirəm. Biz elə bir ailə qurduq ki, işimizi də bir elədik. Biz bütün günü bir yerdə idik, mənim heç xəyanətə vaxtım belə ola bilməzdi. Xəyanətə nəinki vaxtım, heç istəyim də yox idi. Ona qarşı sevgim bitməyib, etibarım bitib. Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi. Aysun balaca kuklalar kimi, hara ötürsən ora yeriyib gedir. Aysuna təzyiq göstərəndə o, artıq nə etdiyini bilmir. Mənə nə klip, nə də tanınmaq lazım deyildi. Mən nə müğənni, nə aktyor, nə də bloger deyiləm. Hamı yazır ki "Aysuna görə tanındın”, amma mənim heç bir reklama ehtiyacım yox idi. Bizə pis söz yazanlara demək istəyirəm ki, "Buna ehtiyac yoxdur. Evin içində olanları bir mən, bir də Aysun bilirik”. Aysun mənim seçimim olub, həyat yoldaşım olub. Onun haqqında pis nəsə danışmaram”.

Eşqin ayrıldıqları üçün Aysunun valideyni Rəqsanə İsmayılovanın onlara müdaxilə etmədiyini bildirib:

"Rəqsanə xanım bizim ailəyə qarışmayacağını dedi. Dedi ki, özünüz necə evlinmisinizsə, özünüz də qərarınızı verin. O da bir anadır. Mənim Rəqsanə xanımla heç bir düşmənliyim yoxdur”.

O, Aysuna gələcək həyatında uğurlar arzulayıb:

"Aysun yaxşı qızdır, ona həyatda xoşbəxtlik və uğurlar arzulayıram, amma tam əminliklə deyirəm ki, onun başına nə gəlsə, şıltaqlığından gələcək. Özündən böyük adamları eşitməməkdən gələcək”.

Eşqin Vətəni tərk edəcəyini də deyib:

"Mən Vətəni tərk edəcəm, çünki mən bura ailəmə görə gəlmişdim, o da alınmadı. Mən bu ailənin bitməsinə niyə film dedim? Düşünürəm ki, bu Aysunun qurduğu bir film idi. Mən ailə qurmuşdum, Aysun isə film çəkdi. 5 aydan bir deyirdi ki, boşanıram. Buna nə ad qoyum? Müğənni ilə ailə qurmaq hər adamın işi deyildi”.

Qeyd edək ki, Aysun Cəlilova və Eşqin Cəlilov bu yaxınlarda sosial şəbəkə hesablarında ayrıldıqlarını bildiriblər.

Xəbər xətti