AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Urfan Abbasovun cəzasını açıqlayıb.
Premyer Liqanın 24-cü turunda “Turan Tovuz”la keçirilən oyunda ikinci sarı vərəqə alaraq meydandan qovulan “qırmızı-qaralar”ın kapitanı bir matçlıq diskvalifikasiyaya məruz qalıb.
Onun hərəkəti bölgə təmsilçisinə 200 manatlıq cərimə bahasına başa gəlib.
“Sabah”la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Sumqayıt” isə 800 manat məbləğində cərimələnib.///qafqazinfo