"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola və klubun baş məşqçisi Haldon əl Mübarək Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Real"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra foto çəkdiriblər.
Ucnoqta.az xəbər verir ki, fotoda kataloniyalı mütəxəssis və klubun idarə heyətinin sədri "Etihad" stadionunda qonaqların əhatəsindədir və dörd barmağını göstərir.
Fotonu Argentinanın keçmiş prezidenti Maurisio Makri sosial şəbəkədə yerləşdirib.
Xatırladaq ki, "Mançester Siti" "Real Madrid" qarşılaşması "şəhərlilərin" 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqasının finalında "Mançester Siti" Milan “İnter”i ilə qarşılaşacaq.
Oyun iyunun 10-da İstanbulda, Atatürk stadionunda keçiriləcək.