FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının rəsmi loqotipini və brendini təqdim edib.
Ucnoqta.az xəbər verir ki, ilk dəfə olaraq yarış ilinin fonunda turnirin loqosunda əsas kubokun real təsviri əks olunub. Loqoya ev sahibliyi edən ölkələrin milli rəngləri daxil edilməyib.
Turnir “Biz 26-yıq” şüarı altında keçiriləcək.
Mayın 18-də 16 fərdi ev sahibi şəhər brendinin təqdimatı keçiriləcək.
2026-cı ildə keçiriləcək turnirdə 48 komanda iştirak edəcək.