Bakıda evdən 10 000 manatlıq oğurluq edilib.
Ucnoqta.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, oğurluq Xəzər rayonunun Türkan qəsəbəsində baş verib.
10 000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.