"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının cavab yarımfinalında "Real" üzərində qazanılan qələbədən danışıb.
Ucnoqta.az xəbər verir ki, Qvardiola komandanın 2022-ci ildə məğlub olduqdan sonra özünü bərpa edə bildiyini deyib.
“Bu gün hər şey və ən əsası oyunçuların keçənilki məğlubiyyətdən sonra tənqid edilməsinə baxmayaraq enerji var idi, amma bu futboldur.
Bunu bacardıq, bir ildən sonra Çempionlar Liqasının finalına çıxdıq. Əgər sən təslim olmasan, futbol və həyat sənə həmişə şanslar verir”, - Qvardiola deyib.
Xatırladaq ki, Çempionlar Liqasının finalında “Mançester Siti” Milan “İnter”i ilə qarşılaşacaq. Bu oyun bu komandalar arasında qarşıdurma tarixində ilk rəsmi olacaq.
Qarşılaşma iyunun 10-da İstanbulda, Atatürk stadionunda baş tutacaq.