"Real Madrid"in qapıçısı Tibo Kurtua Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı keçirilən oyunda dağıdıcı məğlubiyyətin səbəbləri ilə bağlı fikirlərini bölüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təcrübəli qapıçı UEFA-nın rəsmi saytına deyib.
"Siti"nin bu matça necə başlaması bizi nəyin təəccübləndirdiyini deyə bilmərəm. Biz bu təzyiqə hazır idik. Başa düşdük ki, topa sərbəst sahib olmağımıza imkan verməyəcəklər.
Fasilədə bu matçın gedişatını dəyişə biləcəyimizə əmin idik. Ancaq ən yaxşı ötürməni oynamadıq və bu, bizə baha başa gəldi" - Kurtua deyib.
Qarşılaşma "Mançester Siti"nin 4:0 (ilk oyun 1:1) hesablı qələbəsi ilə başa çatıb.