Bu gün ÇL-da ikinci finalçı məlum olacaq: "Mançester Siti" - "Real Madrid"

08:23 - 17 May 2023 - İDMAN

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyununda İngiltərənin “Mançester Siti” və İspaniyanın “Real Madrid” klubları üz-üzə gələcək.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Mançesterdəki "Etihad Stadium"da baş tutacaq.

Matçı polşalı hakimlər briqadası iadrə edəcək, dördüncü hakim funksiyasını yalnız rumıniyalı İştvan Kovaçs yerinə yetirəcək. Görüşün baş hakimi Şimon Marçinyak, laynsmenləri isə Pavel Sokolnitski və Tomaş Liskeviç olacaq.

Qeyd edək ki, bu Polşa üçlüyü 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalını da idarə ediblər.

Ötən çərşənbə axşamı komandalar artıq ilk yarımfinal oyununda üz-üzə gəliblər. "Real Madrid" hesabı ilk açsa da, "şəhərlilər" hesabı bərabərləşdirməyi bacarıb. Nəticədə komandalar cavab matçına statistik rəqəmlərdə bərabər yaxınlaşır - 1:1.

Əvvəlki mövsümdə də Çempionlar Liqasının yarımfinal mərhələsində komandaların yolları kəsişmişdi. “Etihad”da keçirilən ilk oyunda ingilis klubu 4:3 hesabı ilə üstün olub, cavab oyununda isə “Real Madrid” qalib gəlib.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.

Xəbər xətti