May ayının pensiya ödənişi yekunlaşdı

12:50 - 16 May 2023 - ÖLKƏ İÇİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiya ödənişini yekunlaşdırıb.

Mayın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xəbər xətti