Futbol üzrə Azərbaycan I Divizionun XXIX turunda keçiriləcək “Qarabağ-2” - “Turan Tovuz-2” matçı qadın hakimlərə tapşırılıb.
Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, oyunu FIFA referisi Fəridə Lütfəliyeva idarə edəcək. Ona yan xətlərdə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, bu gün baş tutacaq görüş saat 16:30-da başlayacaq.