"Xavinin müqavilə yeniləməsində heç bir problem olmayacaq" - Laporta

08:01 - 16 May 2023 - İDMAN

“Barselona”nın prezidenti Joan Laporta klubun baş məşqçisi Xavi ilə müqavilənin uzadılması ilə bağlı sualı cavablandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AS nəşri yazıb.

 “Heç bir problem olmayacaq. O, klubun adamıdır və klubun düşdüyü şəraiti çox yaxşı başa düşür, həmçinin tanınmağa layiq olduğunu başa düşür”, - deyə Laporta bildirib.

Onun müqaviləsi 2024-cü ilə qədərdir.

Qeyd edək ki, bu, Xavinin məşqçi karyerasında yalnız ikinci klubudur. Birincisi, 2019-2021-ci illərdə işlədiyi Qətərin Əl-Sədd komandası olub.

Xəbər xətti