“Rəqəmsal İnkişaf” İctimai Birliyi partnyor təşkilatlarla - “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi ilə birlikdə mart ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qazilərə sosial-psixoloji yardım tədbirlərinin həyata keçirilməsi "layihəsinin icrasına başlayıb.
Ucnoqta.az xəbər verir ki, layihə çərçivəsində Sabirabad, Saatlı, İmişli, Beylaqan və Biləsuvar rayonunlarında yerli hakimiyyət orqanları ilə əməkdaşlarıq edərərk qazilərə sosial-psixoloji yardıma dəstək olmaq məqsədi ilə ictimai müzakirə və seminarlar təşkil olunacaq.
Hazırda icra müddəti 6 ay nəzərdə tutulan (01.03.2023-dən 31.08.2023-dək) “Qazilərə sosial-psixoloji yardım tədbirlərinin həyata keçirilməsi” layihəsinin icrası ilə baglı keçiriləcək İctimai müzakirələr və təlimlərin tarixləri planlaşdırılır.
Yuxarıda qeyd olunan ictimai müzakirə və seminarların keçirilməsi üçün və müvafiq dövlət orqanları ilə razılaşdırılması üçün- Sabirabad, Saatlı, İmişli, Beylaqan və Biləsuvar rayon İcra Hakimiyyətlərinə müraciət məktubları tərtib olunur və göndəriləcəkdir.