Müğənni Enrike İqlesias qarşıdan gələn çıxışlarının ləğv olunduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, müğənni İnstaqram səhifəsində yazıb.
"Bu axşam Meksikadakı verilişim ləğv edilməli idi. Mənə sətəlcəm diaqnozu qoyuldu, həkimlər tam istirahət etməyi təkid etdilər, mənə uçuş qadağan edildi. Mənim üçün çox məna kəsb edən bir ölkədə verilişlərimi ləğv etdiyim üçün inanılmaz dərəcədə təəssüflənirəm" - deyə sənətçi şəxsi bloqunda yazıb.
İqlesias bir neçə saat ərzində Meksikada planlaşdırılan konsertini ləğv etməli olub. Müğənni pərəstişkarlarını əmin edib ki, tezliklə sağalacaq və konsert fəaliyyətini bərpa edəcək.
“Hər birinizə, əziz pərəstişkarlarımdan dərin üzr istəyirəm və böyük qucaqlayıram”, - o paylaşıb.