Rusiyanın Bryansk vilayətində helikopter raketlə vurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat yayıb.
“Helikopter, ilkin məlumatlara görə, Klintsı şəhərində mühərrikin yanması nəticəsində qəzaya uğrayıb”, - mənbə bildirib.
Sosial şəbəkədə helikopterin raketlə vurulması ilə bağlı görüntülər yayılıb.
Faktla bağlı araşdırma aparılır.