Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada helikopter raketlə vuruldu

14:53 - 13 May 2023 tarixində dərc olunub.

Rusiyanın Bryansk vilayətində helikopter raketlə vurulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat yayıb.

“Helikopter, ilkin məlumatlara görə, Klintsı şəhərində mühərrikin yanması nəticəsində qəzaya uğrayıb”, - mənbə bildirib.

Sosial şəbəkədə helikopterin raketlə vurulması ilə bağlı görüntülər yayılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası