"Kriştiano həmişə zirvədə olmağı sevir"
Ucnoqta.az xəbər verir ki, "Mançester Siti"nin və Portuqaliya yığmasının yarımmüdafiəçisi Bernardo Silva millidəki komanda yoldaşı Kriştianu Ronaldonun kubok qazanmamasına münasibətindən danışıb.
“Qızıl topu Portuqaliyadan üç oyunçu qazandı. Amma heç birinə üstünlük verə bilmərəm. Bəzən milli komandada Kriştiano bizə mükafat qazanmayanda daha çox “Qızıl top”a layiq olduğunu düşündüyünü deyirdi.
Kriştiano həmişə zirvədə olmağı sevir. O, çox rəqabətlidir. Təbii ki, o, qalib olmayanda narazı olur” - Silva qeyd edib.