Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Portuqaliya Futbol Federasiyası ilə İstanbul əvəzinə hazırkı Çempionlar Liqasının finalının keçirilməsi imkanını müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, UEFA ikinci turu mayın 28-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Türkiyədə mümkün vətəndaş iğtişaşlarından ehtiyat edir.
Çempionlar Liqasının finalı iyunun 10-na təyin edilib. Bununla bağlı mənbənin məlumatına görə, qurum rəhbərliyi turnirin həlledici oyununun Türkiyədən mümkün transferi ilə bağlı Portuqaliya Futbol Federasiyasının nümayəndələri ilə qeyri-rəsmi danışıqlar aparıb. Eyni zamanda, Daily Mail UEFA-dakı mənbələrə istinadən qeyd edir ki, qurum yarışın finalını Türkiyədə keçirməkdə israrlıdır və onun başqa ölkəyə transferi nəzərdə tutulmur.
Xatırladaq ki, əvvəllər UEFA artıq iki dəfə Çempionlar Liqasının finalını İstanbuldan təxirə salıb.