"Barselona" 15,7 milyon avro cərimələnib

14:47 - 11 May 2023 - İDMAN

Vergi orqanları futbolçulara ödənişlərdə pozuntulara görə "Barselona"nı 15,7 milyon avro cərimələyib

Ucnoqta.az "El Confidencial"a istinadən xəbər verir ki, İspaniyanın vergi orqanı klub tərəfindən iddia edilən qanun pozuntuları ilə bağlı araşdırmanı yekunlaşdırıb və ona maliyyə cəriməsi kəsib.

Bu pozuntular Audi avtomobillərinin komanda üzvlərinə verilməsi, oyunçulara çarter reyslərinin ödənilməsi barədə məlumatların verilməməsi və Arda Turan (1 312 500 avro) və Aleksandr Sonqun (3,5 milyon avro) aldıqları təzminatın düzgün uçota alınmaması ilə bağlıdır.

İstintaq 2019-cu ildə başlayıb. 

Xəbər xətti