"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/2 final mərhələsinin "Real"la cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Ucnoqta.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "Citizens"ə deyib.
“Rəqibə bir qədər uyğunlaşmalı olacağımızı gözləyirik. Qarşılaşmaq üçün nə etməli olduğumuz barədə kiçik bir fikrim var" - məşqçi deyib.
Qeyd edək ki, komandalar arasında İspaniyanın paytaxtında keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatıb.
Cavab qarşılaşması mayın 17-də Mançesterdə keçiriləcək.