Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi barədə qərarını qəbuledilməz hesab edir.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Twitter-də yazıb. O, Rusiya liderinin fərmanını təxribat adlandırıb.
“Rusiyanın daha bir təxribatı! Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi və ərazimizi işğal etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir!”, - Zurabişvili bildirib.