Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan prezidenti Putinin fərmanını təxribat adlandırıb

15:21 - 10 May 2023 tarixində dərc olunub.

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi barədə qərarını qəbuledilməz hesab edir.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Twitter-də yazıb. O, Rusiya liderinin fərmanını təxribat adlandırıb.

“Rusiyanın daha bir təxribatı! Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi və ərazimizi işğal etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir!”, - Zurabişvili bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası