Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirləri Moskvada görüşür.
Ucnoqta.az xəbər verir ki, Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahianın Moskva görüşü başlayıb.
Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesinin başlanması regionda və bütövlükdə Yaxın Şərqdə vəziyyətə müsbət təsir göstərir.
Görüşdə Türkiyə-Suriya münasibətləri, terrorla mübarizə, Suriyada siyasi nizamlanması müzakirə olunacaq.